Bu ölkələrdə ginekoloqların işini PİRLƏR görür – “Ağ dəvənin altından keç, uşaq sahibi ol” – ARAŞDIRMA

Bu ölkələrdə ginekoloqların işini PİRLƏR görür – “Ağ dəvənin altından keç, uşaq sahibi ol” – ARAŞDIRMA

Hazırda oxunan: Bu ölkələrdə ginekoloqların işini PİRLƏR görür – “Ağ dəvənin altından keç, uşaq sahibi ol” – ARAŞDIRMA

263893

Bəzi İslam ölkələrində övlad sahibi olmaq istəyi tibbi müayinələri, elmi yanaşmaları bir kənara qoyub, insanları pirlərə yönəldir. İllərdir övlad həsrəti ilə yaşayanlar uzun çəkən müalicələrdən bezib pirdə şam yandırır, qurbanlıq niyyət edir və nə qədər ziddiyətli olsa da, bir çoxları üçün bu, “sınaqdan çıxmış metod” sayılır. Çünki kiminsə tanıdıqlarından, qohumlarından mütləq pirin kəramətini görənlər olur.

Məsələn, İranın İsfahan şəhərinin İbn Sina küçəsində yerləşən “İmam Qapısı” ziyarətgahındakı şir heykəlinin altından keçən qadınlar inanırlar ki, bu ritual onları tezliklə hamilə qalmağa kömək edir. Bu inanc İranda o qədər yayılıb ki, ziyarətgah rəhbərliyi daş heykəli qorumaq üçün onun ətrafına şüşədən təbəqə quraşdırmağa məcbur olub.

Belə “hamiləlik” pirlərindən biri də Azərbaycanda var.

Sofi Həmid piri Səngəçal və Umbakı qəsəbələri arasında kiçik dağlarla əhatələnmiş sahədə yerləşir. Vaxtilə dəvəçiliklə məşğul olmuş Həmid adlı şəxs sufizmin təbliğçilərindən olub.
 

Yerli sakinlərin fərziyyələrinə görə, Sofi Həmid öz müridlərinə vəsiyyət edib ki, onu dəvənin yatacağı yerdə dəfn etsinlər. Məzarı üzərindəki daş hasara alınmış ərazidə əbədiyyət rəmzi olan ağ dəvə heykəli qoyulub.


Sofi Həmid türbəsinə üz tutanlar arasında çoxluğu ana olmaq arzusuyla yaşayan qadınlar təşkil edir. İnanca görə, dizləri üstə çökən "ağ dəvə" ilə yer arasında yaranmış çox qısa məsafəni keçə bilən insan öz arzusuna çatır.

Bundan başqa Türkiyədə Qaraca Əhməd türbəsi də eyni “funksiya”nı daşıyır.
 

Qaraca Əhməd monqol istilasından əvvəl Anadoluya gələn Xorasan övliyalarından biri idi. Ulubəy mahalında yerləşən türbəyə uşaq sahibi ola bilməyən və ya uşaqları doğulduqdan qısa müddət sonra dünyasını dəyişən qadınlar üz tuturlar.


Adıyamandakı Zeynal Abidin Türbəsi, Urfadakı Peyam Xatun Türbəsini,  Konya Seyidişehir yolu üstündəki Şeyx Həsən pirini də hamiləlik arzusunda olan qadınlar “zəbt” edib.

Bənzər türbələr Hindistanda (Heydərabad), Pakistanda (Multan) var və ana olmaq istəyən qadınların işi daşdan  keçdiyinə görə insanlar arasında ümidgaha çevrilib.

Şəfiqə Şəfa, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO