General-mayor Hikmət Həsənov və general-mayor Mais Bərxudarov Silahlı Qüvvələr Günü ilə bağlı təəsüratlarını bölüşüblər.
Bizim.Media bildirir ki, AzTV-yə danışan generallar 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər.
“Bütün Azərbaycan xalqını təbrik edirəm. Bu zəfərin təməlində cənab Ali Baş Komandanın polad iraədsi, mükəmməl idarəetməsi, cəsarəti, Azərbaycan Ordusunun döyüş sahəsindəki igidliyi və Azərbaycan xalqının birliyi, vətənpərvərliyi, qələbəyə inamı, cənab Ali Baş Komandanın ətrafında vahid şəkildə birləşməsi dayandı”, - deyə H.Həsənov bildirib.
M.Bərxudarov Azərbaycan xalqının qələbəsini belə şərh edib:
“Bizim bu müharibədə ən güclü silahımız cənab Ali Baş Komandanın dəmir yumruğu oldu. O yumruq ki, biz onun altında birləşdik və düşmən o yumruqdan qorxun gizləndi. Bunun nəticəsində qalib olduq”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:40 / 26.06.2021
Hikmət Həsənov və Mais Bərxudarovun Silahlı Qüvvələr Günü ilə bağlı təəssüratları - VİDEO
Hazırda oxunan: Hikmət Həsənov və Mais Bərxudarovun Silahlı Qüvvələr Günü ilə bağlı təəssüratları - VİDEO
Hazırda oxunan: Hikmət Həsənov və Mais Bərxudarovun Silahlı Qüvvələr Günü ilə bağlı təəssüratları - VİDEO
26389
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.