AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı YENİ XƏBƏR – “Bir neçə aydan sonra...”

AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı YENİ XƏBƏR – “Bir neçə aydan sonra...”

Hazırda oxunan: AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı YENİ XƏBƏR – “Bir neçə aydan sonra...”

263852

Qazaxıstan bir neçə aydan sonra AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlayacaq.

Bizim.Media Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev mətbuat konfransında bildirib.

"Təhlil mərhələsi başa çatır, yekun hesabatın hazırlanması mərhələsinə keçirik.
 

Düşünürəm ki, səbirli olmalıyıq, bir neçə aydan sonra yekun hesabat olacaq", - Bozumbayev AZAL-ın təyyarə qəzasının araşdırılması ilə bağlı sualı cavablandırarkən deyib.


Xatırladaq ki, dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü daxil olmaqla 67 nəfər olub.

Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub. 29 nəfər sağ qalıb.
 

Cari il yanvarın 7-də Braziliyada Aktau yaxınlığında qəzaya uğramış "Azerbaijan Airlines" təyyarəsinin qara qutularının açılmasının başa çatdığı məlum olub.


Qeyd edilib ki, əldə edilən məlumat Qazaxıstana göndərilib. Fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş qəzanın araşdırılması üzrə ilkin hesabat ortaya çıxıb.

Hesabatda hadisələrin xronologiyası və zədələrin fotoşəkilləri təqdim edilib

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO