“Biz işıq üzü görmürük, soyuducumuz, kondisionerimiz yandı” – VİDEO

“Biz işıq üzü görmürük, soyuducumuz, kondisionerimiz yandı” – VİDEO

Hazırda oxunan: “Biz işıq üzü görmürük, soyuducumuz, kondisionerimiz yandı” – VİDEO

263848

Binəqədi rayonunun Biləcəri qəsəbəsi axşamlar qaranlığa qərq olur. Qəsəbədə sadəcə marketlərin generator vasitəsilə işığı yanır.

Bizim.Media xəbər verir ki, bu barədə İTV süjet hazırlayıb.

Sakinlərin sözlərinə görə, son 15 gündür işıqlar mütəmadi olaraq söndürülür.

Vətəndaş Rəşad Kərimov bildirib ki, hər gün cəmi 3-4 saat işıq görürlər:

“Nəticədə soyuducumuz, kondisionerimiz, məşiət avadanlıqlarımız yandı”.

Digər sakin Aslan Kərimlinin sözlərinə görə isə 11-12 saat işıq üzünə həsrət qalırlar:
 

“Bu, əsasən də yay aylarında baş verir. Gecə saat 11-dən işıqlar sönür. 36 dərəcə istidə daş binada körpə uşaq saxlamaq olar?!”


Məsələ ilə bağlı “Azərişıq” ASC-dən bildirilib ki, isti hava səbəbilə elektrik xətlərində yüklənmə yaranır.
 

Qəzalar baş verdikdə əməkdaşlar dərhal əraziyə cəlb olunur və elektrik enerjisinin verilişi bərpa edilir. Hazırda paytaxt və regionlarda müvafiq gücləndirilmə işləri davam etdirilir.


Daha ətraflı videomaterialda:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO