Türkiyənin KAAN qırıcısı F-35-ə rəqib olmağa yaxınlaşır - “Newsweek”

Türkiyənin KAAN qırıcısı F-35-ə rəqib olmağa yaxınlaşır - “Newsweek”

Hazırda oxunan: Türkiyənin KAAN qırıcısı F-35-ə rəqib olmağa yaxınlaşır - “Newsweek”

263793

ABŞ-ın nüfuzlu nəşri “Newsweek” Türkiyənin beşinci nəsil döyüş təyyarəsi KAAN haqqında geniş təhlil dərc edərək onun F-35 qırıcısına real rəqibə çevrildiyini yazıb. Məqalədə qeyd olunur ki, KAAN layihəsi təkcə hərbi texnologiya baxımından deyil, həm də geosiyasi üstünlük mübarizəsində simvolik əhəmiyyət daşıyır.

Bizim.Media xəbər verir ki, “Newsweek” yazır ki, Türkiyə ABŞ-ın F-35 proqramından çıxarıldıqdan sonra bu sahədə ciddi addımlar atdı və artıq KAAN layihəsi ilkin sınaq mərhələlərini uğurla keçib.

İstehsal prosesi sürətləndirilir və təyyarənin gələcəkdə beynəlxalq bazarda da təqdim olunacağı gözlənilir.
 

Məqalədə bildirilir ki, KAAN yalnız Türkiyə üçün deyil, NATO çərçivəsində alternativ hava gücü platforması kimi də diqqət çəkir. Avropa və Asiya ölkələrinin bu təyyarəyə maraq göstərməsi onun texniki potensialını və siyasi dəyərini artırır.


Xüsusilə vurğulanır ki, “KAAN” – Türkiyənin müdafiə sənayesində qırılma nöqtəsidir.

Bu layihə ölkənin hərbi-siyasi müstəqilliyinin gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Ankara isə bu layihəni yalnız texnoloji irəliləyiş kimi deyil, regional və qlobal güc tarazlığında yeni bir mövqe qazanmaq üçün əsas vasitə kimi qiymətləndirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO