ABŞ Rusiyanın nüvə bazalarına doğru təyyarə göndərdi - NƏ BAŞ VERİR?

ABŞ Rusiyanın nüvə bazalarına doğru təyyarə göndərdi - NƏ BAŞ VERİR?

Hazırda oxunan: ABŞ Rusiyanın nüvə bazalarına doğru təyyarə göndərdi - NƏ BAŞ VERİR?

263755

ABŞ Hərbi Hava Qüvvələrinin kəşfiyyat təyyarəsi — Boeing WC-135 Rusiyanın Murmansk vilayətində yerləşən nüvə bazalarına yönəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Newsweek jurnalı Flightradar24 platformasının məlumatına istinadla xəbər yayıb.
 

“ABŞ Hərbi Hava Qüvvələrinə məxsus WC-135R təyyarəsi Britaniyanın şərqində yerləşən böyük hərbi bazalardan biri olan Mildenholl hərbi hava bazasından havaya qalxdıqdan sonra Norveçin qərb sahilləri boyunca şimala doğru hərəkət edib”, – deyə materialda bildirilir.


Qeyd olunur ki, bu tip təyyarələr, başqa sözlə, “hava iybilən” (air sniffer) adlandırılan WC-135, əsasən kəşfiyyat məqsədilə və nüvə sınaqlarının izlərini müəyyən etmək üçün istifadə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO