Orban: Ukraynalılar Macarıstan vətəndaşlarından daha çox yardım almamalıdır - VİDEO

Orban: Ukraynalılar Macarıstan vətəndaşlarından daha çox yardım almamalıdır - VİDEO

Hazırda oxunan: Orban: Ukraynalılar Macarıstan vətəndaşlarından daha çox yardım almamalıdır - VİDEO

263753

Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, ölkəsindəki ukraynalı qaçqınlar həddindən artıq çox yardım alırlar. O, yardımın azaldıla biləcəyinə də işarə edib.

Bizim.Media xəbər verir ki, Orban bu barədə sosial şəbəkə platforması X-də paylaşım edib.

Baş nazir bildirib ki, Macarıstandakı ukraynalı qaçqınlar, işsiz macar vətəndaşlarından daha çox sosial yardım alırlar.
 

O qeyd edib ki, “pulsuz pul” deyilən anlayış yoxdur və ukraynalılar macar vətəndaşlarından daha artıq yardım almamalıdırlar.Orbanın sözlərinə görə, Rusiya tammiqyaslı işğala başladıqdan sonra Macarıstan Ukraynadan “minlərlə” qaçqını qəbul edib.


“Biz onların hamısını təmin etdik, hamısına yardım etdik. Bu gün də Macarıstanda on minlərlə ukraynalı yaşayır”, – deyə o bildirib.

Orban vurğulayıb ki, Macarıstan ukraynalılara macarlarla eyni səviyyədə yardım göstərən “yeganə ölkə” olub.

“Əgər macar vətəndaşı üç ay işsizlik müavinəti alır və sonra ictimai işlərə cəlb olunursa, əziz ukraynalı dostum, sən də bizim qədər ala bilərsən. Biz köynəyimizin yarısını sənə verərik, amma hamısını yox”, – deyə Orban qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO