Qaradağda əməliyyat keçirildi: Saxlanılan var – VİDEO

Qaradağda əməliyyat keçirildi: Saxlanılan var – VİDEO

Hazırda oxunan: Qaradağda əməliyyat keçirildi: Saxlanılan var – VİDEO

263660

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən məlumat verilib.
 

Bildirilib ki, tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı Mahir Abbasov saxlanılıb. Bu şəxsdən ümumilikdə 34 kiloqram 650 qram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.


Faktla bağlı Qaradağ RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Saxlanılan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO