“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Hazırda oxunan: “WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

263646

“WhatsApp” mesajlaşma tətbiqində “Qonaq çatı” adlı yeni funksiya istifadəyə veriləcək. Bu funkisya messencer istifadəçilərinin qeydiyyatda olmayan istifadəçilərlə mesajlaşmasına imkan verəcək.

Bizim.Media xəbər verir ki, bu barədə "WABetaInfo" portalı yazır.

Yeni çatın yaradılması zamanı istifadəçi telefon nömrəsini göstərmədən ünsiyyət ayarını seçə biləcək.
 

Tətbiq bu zaman unikal bir link generasiya edəcək ki, onu mesajlaşma üçün həmsöhbətə göndərmək lazım gələcək. Həmin linkə keçməklə istifadəçi artıq mövcud olan çatda “WhatsApp”ın veb-versiyasını açmış olacaq.


"Qonaq çatı"nda vaxt məhdudiyyəti olmasa da, müəyyən funksional məhdudiyyətlər mövcuddur: tərəflər arasında yalnız mətn mübadiləsi aparıla bilər. Belə çatda media faylları, sənədlər, stikerlər və GIF animasiyalarının göndərilməsi dəstəklənmir.(modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO