Belarusda hərbi vəziyyət elan olunacaq?

Belarusda hərbi vəziyyət elan olunacaq?

Hazırda oxunan: Belarusda hərbi vəziyyət elan olunacaq?

263581

Belarus Müdafiə Nazirliyi, Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi fonunda hərbi vəziyyətin tətbiqi üçün əsasların siyahısını genişləndirməyi təklif edərək qanunvericiliyə dəyişikliklər təşəbbüsü irəli sürüb.

Bizim.Media xəbər verir ki, bu məqsədlə hazırlanan “Hərbi təhlükəsizlik və müdafiə məsələləri üzrə qanunlara dəyişikliklər edilməsi haqqında” adlı qanun layihəsi Nümayəndələr Palatasına təqdim olunub.

Sənəddə silahlı qüvvələrin vəzifələrinin dəqiqləşdirilməsi, Baş Qərargahın funksiyalarının yenilənməsi və hərbi vəziyyətin tətbiqinə səbəb ola biləcək xarici təhlükələrin siyahısının genişləndirilməsi nəzərdə tutulur.

Qanun layihəsinə əsasən, hərbi vəziyyətin elan olunması üçün yeni əsaslardan biri də “İttifaq Dövləti”nə qarşı silahlı təcavüz aktlarıdır.
 

Qeyd edək ki, Belarus və Rusiya bu ittifaqa daxildir. Bu isə o deməkdir ki, Minsk öz ərazisinə birbaşa təhlükə olmadığı halda da, Rusiyaya hücum halında bunu ümumi təhlükə kimi qiymətləndirib hərbi vəziyyət elan edə bilər.


Bu təşəbbüs Belarus ərazisi xaricində baş verən hərbi toqquşmalar fonunda da ölkədə hərbi vəziyyətin elan olunması üçün hüquqi əsaslar yaradır və bu da bölgədəki ümumi gərginlik və sabitliyə mənfi təsir göstərə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO