Qanunsuz pensiya alanların NƏZƏRİNƏ: İndiyə qədər aldığınız təqaüdlər...

Qanunsuz pensiya alanların NƏZƏRİNƏ: İndiyə qədər aldığınız təqaüdlər...

Hazırda oxunan: Qanunsuz pensiya alanların NƏZƏRİNƏ: İndiyə qədər aldığınız təqaüdlər...

263523

Türkiyədə Sosial Müdafiə Təşkilatı saxta sığorta yolu ilə qanunsuz şəkildə pensiya alanlarla bağlı araşdırmaları gücləndirib. Son iki ildə aparılan yoxlamalar nəticəsində 2023-cü ildə 89 min, 2024-cü ildə isə 100 minə yaxın şəxsin sığortası ləğv olunub.

Bəs, Azərbaycanda da bu cür hallar aşkarlanarsa, artıq ödənilmiş pensiya vəsaiti geri tələb oluna bilərmi?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli konkret.az-a açıqlamasında bildirib ki, ölkə qanunvericiliyi bu məsələyə açıq şəkildə aydınlıq gətirir.
 

"Əgər düzgün hesablanmayan, saxta sənədlərlə və ya hüquqi əsas olmadan təyin olunmuş pensiya aşkarlanarsa, ödənilmiş məbləğ son qəpiyinə qədər geri alınır.


Bu, ya şəxsin növbəti pensiyalarından tutulur, ya da ümumiyyətlə pensiya hüququ yoxdursa, onun digər gəlirlərinə yönəldilir. Qanun bunu tələb edir və aidiyyəti orqanlar həmin məbləği geri alırlar," - deyə ekspert vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO