Klublarımızın yeni “TAKTİKASI” – Niyə xaricə getməkdən imtina edirlər?

Klublarımızın yeni “TAKTİKASI” – Niyə xaricə getməkdən imtina edirlər?

Hazırda oxunan: Klublarımızın yeni “TAKTİKASI” – Niyə xaricə getməkdən imtina edirlər?

263503

Əvvəlki dövrlərdə Azərbaycan klubları adətən qış və yay hazırlığını ölkədən kənarda keçirirdi.

Bizim.Media xəbər verir ki, komandalarımız daha çox Türkiyəyə üz tuturdu.

Əlbəttə, hamı ayağını öz yorğanına görə uzadır.
 

İmkanı olan Avropaya, Avstriya və Sloveniyaya da üz tuturdu. Ancaq son illər tendensiya bir az dəyişib. İndi komandalarımız bir çoxu artıq ölkədən kənara çıxmamaqla hazırlığı elə ölkəmizdə yola verirlər.


Bəs görəsən bunun səbəbi nədir? Pula qənaət, yoxsa ölkəmizdə hazırlıq üçün lazımı şəraitin olması?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən futbol eksperti Ceyhun Sultanov hesab edir ki, klubların xaricə toplanışa getməməsinin əsas səbəbi ilk növbədə maliyyə məsələsi ilə bağlıdır.

Ancaq onun fikrincə bu peşəkarlıqdan xeyli uzaq bir addımdır:

“Klublar təlim-məşq toplanışına görə xaricə getmirlərsə, onların futbolun inkişafından danışmağa haqqları yoxdur. Çünki toplanış klubun hazırlığı baxımından bünövrə rolunu oynayır.
 

Futbolçu nə qazanırsa, məhz toplanışdakı məşqlərdən qazanır. Toplanışda mütləq xarici klublarla oyunlar olmalıdır. Bu komandanın oyun təcrübəsi qazanması baxımından önəmlidir.


Əgər bunu etməyib klub pula qənaət edirsə, bu düzgün yanaşma deyil.

Soruşa bilərsiz ki, toplanış-toplanışdır da, Bakıda olsun, yaxud xaricdə?
 

Fərqi çoxdur, orada daha sərbəst və rahat olursan, başqa futbol mühitində olursan, xarici klublarla oynayıb, təcrübə qazanırsan, həm də daha ideal şəraitdə məşq edirsən.


Əgər klublar fikirləşirsə ki, xarici getməyib qənaət edirlər, böyük səhv edirlər. İdman və xüsusilə da futbol qənaəti sevmir. Əgər nəticə qazanmaq istəyirsənsə, mütləq pul da xərcləməlisən”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO