Polis əməliyyat keçirdi - SAXLANILAN VAR - FOTO

Polis əməliyyat keçirdi - SAXLANILAN VAR - FOTO

Hazırda oxunan: Polis əməliyyat keçirdi - SAXLANILAN VAR - FOTO

263353

Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş İlkin Aslan saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ondan 5 kiloqram narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

O, əvvəllər də narkokuryerliklə məşğul olub və narkotiklə əlaqəli cinayətə görə tutulub.

Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və ayrı-ayrı ünvanlara çatdırmaq müqabilində pul alacağını bildirib.

Faktla bağlı başlanan cinayət işi üzrə araşdırma davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO