“Sabah” və “Araz Naxçıvan”ın potensial rəqibləri bəlli oldu

“Sabah” və “Araz Naxçıvan”ın potensial rəqibləri bəlli oldu

Hazırda oxunan: “Sabah” və “Araz Naxçıvan”ın potensial rəqibləri bəlli oldu

263350

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Bizim.Media xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilən mərasimdə Azərbaycan klubları “Sabah” və “Araz-Naxçıvan”ın da potensial rəqibləri bəlli olub.
 

Paytaxt təmsilçi III təsnifat mərhələsində "Levski"ni (Bolqarıstan) keçərsə, “AZ Alkmaar” (Niderland) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq.


“Araz-Naxçıvan” - "Omoniya" (Kipr) duelinin güclüsü isə PAOK (Yunanıstan) – “Volfsberqer” (Avstriya) cütünün məğlubuna rəqib olub.

"Sabah" mərhələ adlayarsa ilk görüşü avqustun 21-də evdə, “Araz-Naxçıvan” səfərdə keçirəcək.

Cavab matçları isə bir həftə sonra baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO