Vətən Müharibəsi şəhidi Ceyhun Gözəlzadənin atası Nazim Gözəlov vəfat edib.
Bizim.Media xəbər verir ki, 1976-cı il təvəllüdlü Nazim Gözəlov bu gün müalicə aldığı Biləsuvar Rayon Xəstəxanasında dünyasını dəyişib. Məlumata görə, o, yaxın vaxtlarda Bakı şəhərindəki xəstəxanalardan birində mədə əməliyyatı keçirib. Əməliyyat zamanı onda bədxassəli şiş aşkarlanıb.
Qeyd edək ki, şəhid Ceyhun Nazim oğlu Gözəlzadə 2002-ci il aprelin 25-də Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. O, kənd orta məktəbini bitirdikdən sonra 2020-ci ilin iyul ayında Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlayıb.
Ceyhun Gözəlzadə Vətən Müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Sabutay, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
Cəmiyyət
09:30 / 03.08.2025
49 yaşlı şəhid atası vəfat etdi - FOTO
Hazırda oxunan: 49 yaşlı şəhid atası vəfat etdi - FOTO
Hazırda oxunan: 49 yaşlı şəhid atası vəfat etdi - FOTO
263097
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.