Müdafiə naziri Azərbaycan Ordusunu təbrik etdi

Müdafiə naziri Azərbaycan Ordusunu təbrik etdi

Hazırda oxunan: Müdafiə naziri Azərbaycan Ordusunu təbrik etdi

26309

Azərbaycan Respublikası Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Bizim.Media-ya Nazirlikdən verilən məlumata görə, təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Sizi 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Müstəqilliyi əbədi, dönməz olan Azərbaycan Respublikasının müdafiəsinin və təhlükəsizliyinin təminatçısı kimi Ordumuz bu gün dünyanın ən güclü ordular sırasında yer almaqla eyni zamanda regionda sülhün, sabitliyin qorunmasında mühüm rol oynayır.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordu quruculuğu müstəqilliyini yenidən qazanan ölkəmizdə tarixi varislik prinsipi əsasında müasir mərhələyə qədəm qoydu. 1918-ci il iyunun 26-da yaradılan Əlahiddə Azərbaycan Korpusu Cümhuriyyət Ordusunun hüquqi bazasını təşkil etmişdir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. 

Hər zaman olduğu kimi bu bayram günündə də Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edir, onların unudulmaz xatirəsini əziz tuturuq. Şəhid ailələrini və torpaqlarımızın müdafiəsində əzmlə dayanaraq hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimizi 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə hər birinizi ürəkdən təbrik edir, Sizlərə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO