Bizim.Media YAZDI – Naxçıvanda qaranlığa qərq olan küçələr İŞIQLANDIRILDI - FOTO

Bizim.Media YAZDI – Naxçıvanda qaranlığa qərq olan küçələr İŞIQLANDIRILDI - FOTO

Hazırda oxunan: Bizim.Media YAZDI – Naxçıvanda qaranlığa qərq olan küçələr İŞIQLANDIRILDI - FOTO

263018

Naxçıvan şəhərində uzun müddətdir davam edən işıqlandırma problemi aradan qaldırılır.
 

MÖVZU İLƏ BAĞLI

Naxçıvanın küçələri niyə zülmətə BÜRÜNÜB? – İcra hakimiyyətindən AÇIQLAMA


Bizim.Media-nın bir müddət öncə gündəmə gətirdiyi məsələyə artıq rəsmi reaksiya verilib.

Belə ki, Naxçıvan şəhərinin bir sıra küçə və döngələrində gecə saatlarında işıqlandırmanın olmaması yerli sakinlərin haqlı narazılığına səbəb olmuşdu.


Xüsusilə H.Əliyev prospekti, İstiqlal, Nizami Gəncəvi və Əziz Əliyev küçələrinin qaranlıqda qalması əhalinin gündəlik həyatına mənfi təsir göstərirdi.
 

Əldə etdiyimiz məlumata görə, artıq problemin aradan qaldırılması istiqamətində praktik addımlar atılıb. İlk mərhələdə Naxçıvan şəhərinin İstiqlal və İslam Səfərli küçələrində yeni işıq dirəklərinin quraşdırılmasına başlanılıb.


Bu tədbirin yaxın zamanda digər küçələri də əhatə edəcəyi gözlənilir.

Bizim.Media-nın işıqlandırdığı problemin operativ şəkildə həllinə başlanılması sakinlər tərəfindən müsbət qarşılanıb.






Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO