"Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı…"

"Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı…"

Hazırda oxunan: "Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı…"

262977

"Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı".

Bizim.Media xəbər verir ki, bunu 106.3 radiosunda Kazım Sübhanın qonağı olan müğənni Elçin Cəfərov deyib. Sənətçi bildirib ki, bu gün müğənnilərin qazanc yeri sadəcə toylardandır:
 

"Əvvəl toy və sənətlə məşğul olan iki tip müğənni var idi. Sənətlə məşqul olanlar 1990-cı illərdə konsertlər verirdilər. Yeni nəsil müğənnilər isə başqa cürə formalaşıb. Bizim nəsil müğənnilər sənətə bir başa toy meydanından başladılar.


Məsələ buna görə ağırlaşdı. Samir Bağırov, Faiq Ağayev, Aygün Kazımova, Brilliant Dadaşova sırf estrada mahnıları ifa edirdilər, konsertlər də verirdilər.
 

Daha sonra isə Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı. Çünki bir çox oğlan müğənnilər o zaman Brillant xanımla çalışırdı. Bu gün həmin o müğənnilər toy meydanındadırlar.


Buna görə də toy bazarı genişləndi, inkişaf elədi.

1990-cı illərdə konsertlər var idi amma bizim dövr toy dövrü oldu. Bu böyük problemdir, çünki müğənninin başqa qazanc yeri yoxdur". (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO