“Arif Babayev səhnəmizin əvəzolunmaz Məcnunlarından biri idi” – Orxan Fikrətoğlu - VİDEO

“Arif Babayev səhnəmizin əvəzolunmaz Məcnunlarından biri idi” – Orxan Fikrətoğlu - VİDEO

Hazırda oxunan: “Arif Babayev səhnəmizin əvəzolunmaz Məcnunlarından biri idi” – Orxan Fikrətoğlu - VİDEO

262823

“Elə insanlar var ki, onlar böyük bir epoxanı təmsil edir. Arif Babayev bizim səhnəmizin əvəzolunmaz Məcnunlarından biri idi”.

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mədəniyyət Nazirinin müşaviri, yazıçı-jurnalist Orxan Fikrətoğlu ustad sənətkar haqqında öz fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə Arif Babayevin qəlblərə ötürdüyü sənət yaşandıqca, yeni nəsil də onu unutmayacaq, Azərbaycan mədəniyyətinə, muğamına verdiyi töhfələrə görə daim yad olunacaq:

“Muğam sənətində ikinci nəfəs verən, onun dirçəlməsinə xidmət edən ustaddır. Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsidir. Düşünürəm ki, onun xatirəsi əbədi yaşayacaq. Biz vida mərasimində sənət cameası olaraq borcumuzu əlbəttə, ödəməliyik”. 

Qeyd edək ki,  Azərbaycanın böyük muğam ustadlarından olan Arif Babayev bu gün səhər dünyasını dəyişib. 


Aygün Hüseyn, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO