Rəsmi Bakı etiraz etdi, TASS həmin xəbərin başlığını dəyişdirdi – FOTO

Rəsmi Bakı etiraz etdi, TASS həmin xəbərin başlığını dəyişdirdi – FOTO

Hazırda oxunan: Rəsmi Bakı etiraz etdi, TASS həmin xəbərin başlığını dəyişdirdi – FOTO

262803

Xəbər verdiyimiz kimi, iyulun 29-u Azərbaycanın Xankəndi şəhərində erməniəsilli rusiyalı rəssam İvan Ayvazovskinin abidəsi sökülüb.

Bizim.Media xəbər verir ki, ötən gün Rusiyanın TASS agentliyi sözügedən informasiya ilə bağlı “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” başlıqlı məlumat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi isə dərhal məsələ ilə bağlı sərt bəyanat yayıb:

“Rusiya tərəfinə bildirmək istərdik ki, onun rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə olunan adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik. Bu kimi hallar təkrarlanarsa, qarşılıqlılıq prinsipindən irəli gələrək Azərbaycan tərəfindən də Rusiya ərazisində bir çox yaşayış yerlərinin öz əzəli adları ilə qeyd edilməsi ilə nəticələnə bilər. 
 

TASS informasiya agentliyindən bu məsələdə üzrxahlıq və müvafiq düzəliş edilməsini gözləyirik. Əks təqdirdə, qanunvericiliyə uyğun olaraq, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görülməsi nəzərdə tutulur”.


Bundan sonra sözügedən agentlik Xankəndi ilə bağlı dərc etdiyi həmin xəbərdə dəyişiklik edib. Belə ki, sərlövhə “Dağlıq Qarabağda Ayvazovskinin abidəsi söküldü” kimi dəyişdirilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO