Trampdan Kremlə AÇIQ TƏHDİD – “Avqustun 8-dək müharibə dayandırılmasa...” – VİDEO

Trampdan Kremlə AÇIQ TƏHDİD – “Avqustun 8-dək müharibə dayandırılmasa...” – VİDEO

Hazırda oxunan: Trampdan Kremlə AÇIQ TƏHDİD – “Avqustun 8-dək müharibə dayandırılmasa...” – VİDEO

262784

“ABŞ Prezidenti Donald Tramp avqustun 8-dək Ukraynaya qarşı müharibənin dayandırılması ilə bağlı razılığın əldə olunmayacağı təqdirdə Rusiyanı sanksiyalarla hədələyib”.

Bizim.Media xəbər verir ki, bunu Amerika lideri Ağ Evdə keçirdiyi brifinq zamanı deyib.

İyulun 31-nə keçən gecə Rusiya Federasiyasının Kiyevə keçirdiyi kütləvi zərbənin nəticələrini şərh edən Tramp Kremlin hərəkətlərini kəskin tənqid edib.

“Rusiyanın etdikləri iyrəncdir”, - o deyib.
 

Tramp həmçinin qeyd edib ki, o, sanksiyaların Rusiya prezidenti Vladimir Putini çəkindirə biləcəyinə hələ əmin deyil, lakin Vaşinqton hər halda onları tətbiq etmək ni


"Biz sanksiyalar tətbiq etməyə hazırlaşırıq - bilmirəm, o (Putin - red.) sanksiyalardan narahatdır, ya yox. Onların sanksiyalardan xəbəri var. Mən sanksiyalar və tariflər haqqında hamıdan çox bilirəm. Bunun effekti olub-olmayacağını bilmirəm, amma biz bunu edəcəyik", - ABŞ prezidenti vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO