Laporta Messi və Yamaldan DANIŞDI

Laporta Messi və Yamaldan DANIŞDI

Hazırda oxunan: Laporta Messi və Yamaldan DANIŞDI

262774

"Barselona"nın prezidenti Joan Laporta futbolçusu Lamin Yamal və sabiq oyuçusu Lionel Messi haqqında danışıb.

Bizim.Media xəbər verir ki, o, Yamalın Messinin uğurlarını təkrarlaya biləcəyini deyib:

"Messi dünyanın ən yaxşı oyunçusudur. Məncə, Lamin də bu gün dünyanın ən yaxşısı olmağa qadirdir. Baxacağıq, görəcəyik.
 

Lamin dahi olduğu və ən yüksək səviyyədə oynadığı üçün heç kəsə bənzəmir. Messi də öz vaxtında parlaq, peşəkar oyunçu olub. Təbii ki, Messi mümkün olan hər şeyi qazanıb. Mənim üçün o, yəqin ki, tarixin ən yaxşı oyunçusudur".


Qeyd edək ki, 38 yaşlı Messi 2004-2021-ci illərdə Kataloniya təmsilçisinin formasını geyinib. 18 yaşlı Lamin isə 2023-cü ildə əsas komandada debüt edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO