"Fiziki gücüm olmasa da, Fatmaya görə bunu edəcəyəm" - VİDEO

"Fiziki gücüm olmasa da, Fatmaya görə bunu edəcəyəm" - VİDEO

Hazırda oxunan: "Fiziki gücüm olmasa da, Fatmaya görə bunu edəcəyəm" - VİDEO

262769

Xalq artisti Afaq Bəşirqızı bir müddət əvvəl insult keçirən həmkarı Fatma Mahmudovaya dəstək olub.

Bizim.Media xəbər verir ki, aktrisa "Qonaqcanlı" verilişinə zəng vuraraq onunla eyni tamaşada rol alacağını bildirib:
 

"Biz möhkəm, xəstəliyə qalib gələn adamlarıq. Pessimist olmasın, xəstəliyə uymasın. Ona bir şey olsaydı, indi gəzə bilməzdi. Çox ağır xəstəlik keçirdib. Qanadları yanındadır. Onun sevənləri çoxdur. Teatrda onu sevənlər çoxdur.



Ona gündə zəng edə bilmirəm, sağlamlıq problemlərim var. Onu çox istəyirəm, Allah ona ömür versin.
 

Bizi bir səhnədə görəcəksiniz. Mənim 70 illik yubileyimdir. Fatmanın da 70 illik yubileyi oldu. Teatr mövsümü başlasın, sırf Fatmaya görə "Bankir adaxlı"da oynayacağam. İndi fiziki gücüm o qədər deyil, amma ona görə edəcəyəm".


F.Mahmudova "Səninlə sevildim, tanındım. Bunu heç vaxt yadımdan çıxartmıram" deyə, cavab verib. (axsam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO