İran dünyanın ən isti nöqtəsinə çevrildi: Temperatur 51 dərəcəyə çatıb

İran dünyanın ən isti nöqtəsinə çevrildi: Temperatur 51 dərəcəyə çatıb

Hazırda oxunan: İran dünyanın ən isti nöqtəsinə çevrildi: Temperatur 51 dərəcəyə çatıb

262690

Bu gün İranın Xuzistan əyalətinin Omidiyyə şəhəri 51° temperaturla son 24 saat ərzində planetin ən isti yerinə çevrilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Azad İran" "Telegram" kanalı yayıb.

Mənbə qeyd edir ki, dünyanın ən isti 15 bölgəsi arasında İranın daha üç şəhəri - Abadan, Əhvaz və Dezful da yer alıb.

Bu, ölkənin cənub-qərb bölgələrinin ekstremal istilərə məruz qaldığını göstərir.

Qeyd olunur ki, uzunmüddətli isti hava şəraiti əhalinin sağlamlığı, su və elektrik enerjisi təchizatı, eləcə də gündəlik fəaliyyətlər üçün ciddi risk yaradır. Rəsmilər sakinlərə günün ən isti saatlarında açıq havada olmamağı və lazımsız fiziki fəaliyyətdən çəkinməyi tövsiyə edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO