Yollarda olan bəzi tramplinlər özbaşına quraşdırılıb. Bu cür tramplinlər əksər hallarda sürücüləri caşdırır. Bu tramplinləri istənilən yerdə quraşdırmaq olmaz.
Bizim.Media xəbər verir ki, bu tramplinlər mağazalarda açıq şəkildə satılır. Qiymətlər 35-150 manat arası təklif olunur.
Qiymətlər tramplinlərin eninə uyğun olaraq dəyişir.Mütəxəssislər bildirir ki, bu cür tramplinlərin açıq şəkildə satışda olması onların istənilən şəxs tərəfindən quraşdırılmasına icazə vermir.
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, satış açıq olsa da, quraşdırma yalnız səlahiyyətli qurumların razılığı ilə həyata keçirilə bilər:
"1.16.1 və 1.16.2 nişanları elə yerdə quraşdırılmalıdır ki, o yollar nahamar yollar sinifinə aid olsun".
Məsələ ilə bağlı AAYDA-dan bildirildi ki, yol qabarıqlarının, yəni tramplinlərin quraşdırılması yalnız yol hərəkətinin təşkili və təhlükəsizliyinə cavabdeh olan aidiyyatı qurumların razılığı ilə həyata keçirilməlidir. Bu kimi qurğuların quraşdırılması üçün bütün əlaqədar qurumların razılığı mütləqdir. Əks halda İnzibati Xətalar Məcəlləsinə əsasən, cərimə ilə nəticələnə bilər. (Milli.Az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:26 / 31.07.2025
Sürücülər üçün gizli TƏHLÜKƏ - 35 manata alıb yola qoyurlar
Hazırda oxunan: Sürücülər üçün gizli TƏHLÜKƏ - 35 manata alıb yola qoyurlar
Hazırda oxunan: Sürücülər üçün gizli TƏHLÜKƏ - 35 manata alıb yola qoyurlar
262646
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.