“Sabah”, “Araz-Naxçıvan” və “Zirə” bu gün cavab oyunlarına ÇIXACAQ

“Sabah”, “Araz-Naxçıvan” və “Zirə” bu gün cavab oyunlarına ÇIXACAQ

Hazırda oxunan: “Sabah”, “Araz-Naxçıvan” və “Zirə” bu gün cavab oyunlarına ÇIXACAQ

262612

Azərbaycanın 3 klubu bu gün UEFA çərçivəsində keçirilən cavab oyunlarına çıxacaq.

Bizim.Media xəbər verir ki, Konfrans Liqasındakı təmsilçimiz “Sabah” II təsnifat mərhələsində Moldovanın “Petrokub” kollektivini qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlanacaq.

Komandalar arasında Moldovada baş tutan ilk matçda “Sabah” 2:0 hesablı qələbə qazanıb.

Konfrans Liqasındakı təmsilçimiz “Araz-Naxçıvan” isə Yunanıstanda “Aris” kollektivinin qonağı olacaq.

Saloniki şəhərində yerləşən “Kleantis Vikelidis” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:15-də başlanacaq.

Komandalar arasında Bakıda baş tutan ilk matçda “Araz-Naxçıvan” 2:1 hesablı qələbə qazanıb.

“Zirə” klubu da UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiyanın “Hayduk” kollektivinin qonağı olacaq. Split şəhərindəki “Polyud” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında Bakıda oynanılan ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO