Trampdan Medvedevə XƏBƏRDARLIQ: “Sözlərinə fikir ver”

Trampdan Medvedevə XƏBƏRDARLIQ: “Sözlərinə fikir ver”

Hazırda oxunan: Trampdan Medvedevə XƏBƏRDARLIQ: “Sözlərinə fikir ver”

262609

ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin bəyanatlarına cavab olaraq ona “sözlərinə diqqət yetirməli olduğunu” bildirib və qeyd edib ki, Medvedev “çox uzağa gedir”.

Bizim.Media xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Hindistanın Rusiya ilə nə etdiyi mənim vecimə deyil. Onlar birlikdə çökən iqtisadiyyatlarını daha da çökdürə bilərlər, mənə fərqi yoxdur. Bizim Hindistanla əməkdaşlığımız çox azdır, onların tarifləri çox yüksəkdir, demək olar ki, dünyada ən yüksək bunlardadır,” – deyə Tramp əvvəlcə Hindistan məsələsinə toxunub.

Daha sonra o, Rusiya və xüsusilə Dmitri Medvedevdən söz açıb:

“Rusiya ilə də demək olar ki, heç bir iqtisadi əlaqəmiz yoxdur. Qoy elə bu cür də qalsın. Medvedevə – Rusiyanın uğursuz keçmiş prezidentinə, hələ də özünü prezident hesab edən adama – deyin ki, sözlərinə fikir versin. Çünki o, çox təhlükəli bir xəttə yaxınlaşır”, – deyə Tramp əlavə edib.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini demişdi ki, Trampın hər yeni ultimatumu təkcə Rusiya və Ukrayna arasında deyil, ABŞ-ın özü ilə müharibəyə doğru bir addımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO