Hərbçilərin

Hərbçilərin "Zəfər" zirvəsinə ekspedisiyası başa çatıb - VİDEO

Hazırda oxunan: Hərbçilərin "Zəfər" zirvəsinə ekspedisiyası başa çatıb - VİDEO

26257

Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup hərbi qulluqçusunun və "Qartal" Dağçılıq İdman Klubunun alpinistlərinin iştirakı ilə Azərbaycan Ordusunun yaranmasının 103-cü ildönümü ilə əlaqədar təşkil olunmuş "Qarabağ Azərbaycandır!" adlı ekspedisiya başa çatıb.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Ekspedisiya üzvləri HHQ-nin zabiti polkovnik-leytenant Zal Nəbiyevin rəhbərliyi və "Qartal" Dağçılıq İdman Klubunun rəhbəri Rüfət Qocayevin iştirakı ilə Quba rayonu ərazisindəki "Zəfər" zirvəsinə yürüş ediblər.

Dəniz səviyyəsindən 4301 metr yüksəklikdə yerləşən "Zəfər" zirvəsinə qalxan alpinistlər, burada Azərbaycan Respublikasının Dövlət Bayrağını, eləcə də Azərbaycan Ordusu, HHQ və "Qartal" Dağçılıq İdman Klubunun bayraqlarını dalğalandırıblar.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO