Qranit Caka İngiltərə klubuna KEÇDİ

Qranit Caka İngiltərə klubuna KEÇDİ

Hazırda oxunan: Qranit Caka İngiltərə klubuna KEÇDİ

262553

"Bayer"in yarımmüdafiəçisi Qranik Caka karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Bizim.Media xəbər verir ki, "Sanderlend" 32 yaşlı yarımmüdafiəçini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

Premyer Liqaya yüksələn kollektiv Caka üçün Almaniya klubuna 15+5 milyon avro təzminat ödəyəcək. İsveçrə millisinin üzvü ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.


Qeyd edək ki, "Bayer" Qranit Cakanı 2023-cü ilin yayında "Arsenal"dan transfer edib. Təcrübəli oyunçu üzvü ötən mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO