“Səbail” “Bayıl Arena”dan çıxarılır? – Klubdan AÇIQLAMA

“Səbail” “Bayıl Arena”dan çıxarılır? – Klubdan AÇIQLAMA

Hazırda oxunan: “Səbail” “Bayıl Arena”dan çıxarılır? – Klubdan AÇIQLAMA

262503

“Səbail” klubunun birinci liqaya düşməsindən sonra klub haqqında söz-söhbətlər də bitmək bilmir. Gah komandanın sponsorlarının ondan üz döndərdiyi, gah da büdcənin azaldıldığı iddia olunur. Son günlər isə komandanın daimi məskunlaşdığı “Bayıl Arena”dan çıxarıldığı barədə xəbərlər dolaşmağa başlayıb. 

İddiaya görə stadion başqa kluba verildiyindən “Səbail”in burada daha məşq etməyəcəyi bildirilir. 

Məsələ ilə bağlı klubla əlaqə saxladıq. Komandanın mətbuat katibi Rəşad Məmmədov Bizim.Media-ya açıqlamasında deyilənlərin yalan olduğunu və komandanın həmişəki kimi “Bayıl Arena”dan yararlandığını dedi:

“Bizim Bayıl stadionundan çıxarılmağımızla bağlı deyilənlərin heç bir əsası yoxdur. Hal-hazırda burdayıq, özümüz ofisdə qərarlaşmışıq. Futbolçularımız da burada məşq keçirlər. Yəni arenanın xidmətindən yararlanırıq. Komanda yeni mövsümə hazırlıqlarını da məhz “Bayıl Arena”da keçirəcək”.

Rəşad Rafiqoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO