Ağcabədidə ağır qəza: Sürücü xəsarət aldı – VİDEO

Ağcabədidə ağır qəza: Sürücü xəsarət aldı – VİDEO

Hazırda oxunan: Ağcabədidə ağır qəza: Sürücü xəsarət aldı – VİDEO

262472

Ötən gün Ağcabədidə baş verən qəza zamanı 65 yaşlı sürücü ağır xəsarət alıb.

Bizim.Media xəbər verir ki, Munis İbrahimov idarə etdiyi “VAZ-2106” markalı 02 BZ 936 dövlət nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı beton səddə və küçəni işıqlandıran işıq dirəyinə çırpılıb.

Nəticədə sürücü M.İbrahimov müxtəlif dərəcəli xəsarət alaraq Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.
 

TƏBİB-dən verilən məlumata görə, saat 11:30 radələrində Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1960-cı il təvəllüdlü (kişi) şəxs Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.


Bildirilib ki, kəllə sümüklərinin yerdəyişən sınığı, çənə və alın dibində hematoma, başın sıyrılmış açıq yarası diaqnozu təyin edilən yaralıya ilkin tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda pasiyentin vəziyyəti ağır qiymətləndirilir. (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO