Göygöldə çayxanada dava: Müştərinin başına stəkan çırpdılar

Göygöldə çayxanada dava: Müştərinin başına stəkan çırpdılar

Hazırda oxunan: Göygöldə çayxanada dava: Müştərinin başına stəkan çırpdılar

262450

Göygöl rayonunda çayxanada dava düşüb.

Bizim.Media xəbər verir ki, hadisə Göygöl şəhərində, Göygöl Avtovağzalının yaxınlığındakı çayxanada baş verib.
 

Rayon sakini Natiq İsayev (soyadı şərtidir) tanışları ilə domino oynayarkən onunla birlikdə oynayan şəxs səhv edib. Nəticədə Natiq əsəbiləşib ayağa qalxıb və oyunu tərk edib. Bu vaxt domino oynayan şəxslər onun oyuna görə stola qoyduğu 2 manatı özünə qaytarıblar.


Oyunu kənardan izləyən rayon sakini İlqar Alıyev (soyadı şərtidir) buna etiraz edib və Natiqə - "Sən kişi olsaydın, pulu götürməzdin", - deyib.
 

Nəticədə Natiqlə İlqar arasında mübahisə yaranıb. Natiq İlqarı vurmaq istəyərkən o, stolun üzərindəki çay stəkanını onun başına vurub və Natiq xəsarət alıb. İlqar bunun ardınca stolun üzərində olan külqabını da Natiqə tərəf atıb.


Stoldakı digər şəxslər davanı sakitləşdirsələr də, hadisə yerinə polis əməkdaşları gəliblər və fakta görə cinayət işi başlanıb.

Göygöl Rayon Məhkəməsinin hökmü ilə İlqar Alıyev 2 il 6 ay azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzanı şərti hesab edib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO