Yekaterinburq məhkəməsi Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti rədd edib və 2 aylıq həbs qərarını qüvvədə saxlayıb.
Bizim.Media xəbər verir ki, hadisə hüquq-mühafizə orqanı əməkdaşına qarşı zor tətbiqi ilə bağlıdır.
İddiaya görə, saxlanılan şəxs polisə müqavimət göstərib və fiziki təzyiq edib.
Bundan əlavə, onun atası, Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski də istintaq orqanları tərəfindən axtarışa verilib.
Onun da bu hadisə ilə bağlı müəyyən əlaqələrinin olduğu ehtimal olunur.
Xatırladaq ki, “Azərbaycan-Ural" milli-mədəni ictimai təşkilatının sədri Şahin Şıxlinski iyulun 1-də Yekaterinburqda saxlanılıb. Bu zaman Şahin Şıxlinskiyə Rusiyanın hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən zor tətbiq olunub.
Ş. Şıxlinskiyə hücum olunan zaman oğlu Mutvalı Şıxlinski də avtomobildə olub. O da zorla avtomobildən düşürülüb. Bir neçə gün sonra isə Mutvalı guya “hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə" ittihamı ilə 2 ay müddətinə həbs olunub.
Bizim.Media