Keçid balları əvvəlcədən proqnozlaşdırıla bilər? - DİM rəsmisindən AÇIQLAMA

Keçid balları əvvəlcədən proqnozlaşdırıla bilər? - DİM rəsmisindən AÇIQLAMA

Hazırda oxunan: Keçid balları əvvəlcədən proqnozlaşdırıla bilər? - DİM rəsmisindən AÇIQLAMA

262404

Keçid ballarının artıb-azalması məsələsi hər zaman ictimaiyyətin diqqət mərkəzində olub. Lakin bu rəqəmlərin əvvəlcədən dəqiq proqnozlaşdırılması mümkün deyil.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Aparat rəhbəri Vəfadar Misirov danışıb. Onun sözlərinə görə keçid balları müsabiqə nəticəsində formalaşır və bu proses bir çox faktordan asılıdır:
 

“Əslində keçid ballarının necə olacağı yalnız abituriyent jurnalı dərc edildikdən sonra müəyyən qədər proqnozlaşdırıla bilər. Yəni hansı ixtisas qrupunda, hansı ixtisas üzrə rəqabətin necə formalaşacağına dair ümumi təsəvvür yaranır. Amma bu da tam dəqiq deyil”.


Vəfadar Misirov qeyd edib ki, hər il müəyyən ixtisaslar üzrə rəqabət daha yüksək olur:

“III ixtisas qrupunda hüquq, IV qrupda tibb, I qrupda isə kompüter elmləri və informasiya texnologiyaları sahələri üzrə qəbul hər zaman ciddi rəqabət tələb edir. Bu ixtisaslarda keçid ballarının yüksək olması təbiidir”.

Nəzrin Mirzəyeva, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO