“İmtahanda mikroqulaqcıq istifadə edən abituriyentlər istintaqa cəlb olunub” – DİM-in Aparat rəhbəri

“İmtahanda mikroqulaqcıq istifadə edən abituriyentlər istintaqa cəlb olunub” – DİM-in Aparat rəhbəri

Hazırda oxunan: “İmtahanda mikroqulaqcıq istifadə edən abituriyentlər istintaqa cəlb olunub” – DİM-in Aparat rəhbəri

262398

Bəzi abituriyentlər qaydaları pozaraq mikroqulaqcıqlardan, mikrofonlardan istifadə ediblər. Həmin qurğuları satan şəbəkə ifşa olunub.

Bizim.Media xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində DİM-in Aparat rəhbəri Vəfadar Misirov qeyd edib.
 

"DİM imtahanlarının şəffaf keçirilməsi üçün hər zaman tədbirlər görür. DİM tərəfindən aşkarlanan pozuntularla bağlı tədbirlər görülür, buna imtahan nəticələrinin ləğv olunması da daxildir. Mikroqulaqcıqlar, mikrafonlar və s-nin internetdə açıq satışı aparılır.


Bunlardan istifadə edənlər aşkar olunub, hüquq- mühafizə orqanlarına müraciət olunur.

Biz də aşkar etdik, bunun əsasında da bir neçə abituriyentdən izahat alınıb, onlar istintaqa cəlb olunublar. Bu qurğuları satan şəbəkə də ifşa olunub. İstintaq başa çatdıqdan sonra DİM tərəfindən ictimaiyyətə məlumat veriləcək".

Nəzrin Mirzəyeva, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO