Qulaq çöpündən istifadə etməyin - Həkim xəbərdarlıq etdi

Qulaq çöpündən istifadə etməyin - Həkim xəbərdarlıq etdi

Hazırda oxunan: Qulaq çöpündən istifadə etməyin - Həkim xəbərdarlıq etdi

262365

Həkim Toni Farmer qulaq təmizliyində pambıq çubuqlardan istifadənin təhlükəli nəticələrə səbəb ola biləcəyini bildirib.

Bizim.Media xəbər verir ki, o, "Infobae" nəşrinə açıqlamasında deyib ki, pambıq çubuqlardan istifadə zamanı qulaq kiri qulaq kanalının daha dərin hissəsinə doğru itələnir. 

Bu isə qulaq yolunun tutulmasına, ağrılara və hətta burun pərdəsinin (baraban pərdəsi) cırılmasına gətirib çıxara bilər.

Başqa həkim Brüs Stüart əlavə edib ki, qulaq kiri orqanizmin təbii müdafiə vasitəsidir. Onun sözlərinə görə, qulaq yolunu tez-tez təmizləmək dərinin qurumasına, qıcıqlanmaya və ekzema yaranmasına səbəb ola bilər. O, pambıq çubuqlardan imtina etməyi və yalnız qulağın xarici hissəsini təmizləmək üçün nəm salfetlərdən istifadə etməyi tövsiyə edib. (Milli.Az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO