İki güləşçimiz dünya çempionatının FİNALINDA

İki güləşçimiz dünya çempionatının FİNALINDA

Hazırda oxunan: İki güləşçimiz dünya çempionatının FİNALINDA

262338

Azərbaycanın iki yunan-Roma güləşçisi Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatında finala vəsiqə qazanıb.

Güləş Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, Hikmət Haqverdiyev (51 kiloqram) və Əli Nəzərov (60 kiloqram) qızıl medal uğrunda mübarizə aparacaqlar. Onların rəqibləri, müvafiq olaraq, Otabek Tursunov (Özbəkistan) və Amangəldi Ysakbayev (Qırğızıstan) olacaqlar.
 

Yarımfinalda uduzan Abdurrahman Hüseynli (45 kiloqram) və Yusif Əhmədli (71 kiloqram) bürünc medal görüşünə çıxacaqlar.


Səid Paşayev isə (92 kiloqram) təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq.

Qeyd edək ki, medal görüşləri iyulun 30-da keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO