Kürdəmirdə dəhşətli QƏZA -10 yaşlı uşağı maşın vurdu

Kürdəmirdə dəhşətli QƏZA -10 yaşlı uşağı maşın vurdu

Hazırda oxunan: Kürdəmirdə dəhşətli QƏZA -10 yaşlı uşağı maşın vurdu

262294

Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Vaqif küçəsində qeydə alınıb. Belə ki, VAZ 2107 markalı avtomobilin sürücüsü həmin yolda hərəkətdə olarkən yolu keçmək istəyən piyada, rayon sakini 2015-ci il təvəllüdlü Rəvan Vasif oğlu Baxşalıyevi vurub.

Ağır bədən xəsarəti alan yaralı dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Yaralının vəziyyəti ağır olduğundan həkimlər onu Bakıdakı xəstəxanalardan birinə göndəriblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO