Ronaldo milyarder oldu – FANTASTİK RƏQƏMLƏR

Ronaldo milyarder oldu – FANTASTİK RƏQƏMLƏR

Hazırda oxunan: Ronaldo milyarder oldu – FANTASTİK RƏQƏMLƏR

262279

Kriştianu Ronaldo artıq milyarderlərin siyahısındadır. 

Bizim.Media xəbər verir ki, beş dəfə “Qızıl top”un sahibi olan portuqaliyalı tarixdə milyard dollarlıq sərvət qazanan ilk futbolçudur.

Ronaldonun keçən ay “Əl-Nəsr”lə imzaladığı 620 milyon dollarlıq müqavilə bunu rəsmiləşdirib. Həmin sözləşmə idman tarixinin ən gəlirli oyunçu müqaviləsidir. 

Qeyd etmək lazımdır ki, rəqəmlər ümumilikdə daha yüksək ola bilər. Bəzi hesabatlara görə, müqavilənin ümumi dəyəri bütün bonuslar və sponsorluqlar daxil olmaqla 936 milyon dollara çata bilər.

40 yaşlı futbolçunun “Forbes” jurnalının dünyanın ən zəngin idmançılarından ibarət tərtib edəcəyi yeni reytinqinə daxil ediləcəyi gözlənilir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO