Trampın Starmerlə görüşdə qrimlənmiş əli GÜNDƏM OLDU - VİDEO

Trampın Starmerlə görüşdə qrimlənmiş əli GÜNDƏM OLDU - VİDEO

Hazırda oxunan: Trampın Starmerlə görüşdə qrimlənmiş əli GÜNDƏM OLDU - VİDEO

262127

Ağ Evdə Donald Tramp və Böyük Britaniyanın Baş naziri Kir Starmerin mətbuata birgə açıqlamaları olub.

Bizim.Media xəbər verir ki, “Fox News”da Trampın qrimlənmiş əli iri planda nümayiş edilib.

Daha əvvəl Ağ Ev Donald Trampa tibbi müayinədən sonra xroniki venoz çatışmazlığı diaqnozu qoyulduğunu təsdiqləyib.
 

Ağ Evin açıqlamasına görə, Trampda xəstəlik yüngül formada müşahidə olunur və sağlamlığı üçün təhlükə yaratmır. Eyni zamanda qeyd olunur ki, dərin venalarda və ya ürəkdə heç bir problem aşkarlanmayıb.


Qeyd edək ki, xroniki venoz çatışmazlığı (XVÇ) — geniş yayılmış bir xəstəlikdir.
 

Bu zaman zədələnmiş damarlar qanın ürəyə effektiv qayıtmasını təmin edə bilmir, nəticədə, xüsusilə aşağı ətraflarda qan durğunluğu yaranır.


Bu, əllərdə və ayaqlarda ödem (şiş), ağırlıq hissi, varikoz damarlar, dərinin rənginin dəyişməsi və hətta xoraların əmələ gəlməsi ilə müşayiət oluna bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO