Almaniyanın büdcə kəsri açıqlandı - 5 milyard avro...

Almaniyanın büdcə kəsri açıqlandı - 5 milyard avro...

Hazırda oxunan: Almaniyanın büdcə kəsri açıqlandı - 5 milyard avro...

262112

Almaniyanın maliyyə naziri Kristian Lindner gələn il bu ölkənin federal büdcəsində təxminən 5 milyard avro kəsir olacağını açıqlayıb.
 

Sfera.az xəbər verir ki, ZDF-nin məlumatına görə, nazir Lindner bildirib ki, yaxın vaxtlarda o, federal kansler Olaf Şolz, eləcə də vitse-kansler, iqtisadiyyat naziri Robert Xabeklə danışıqlar aparacaq, bundan sonra gələn ilin büdcə layihəsi Bundestaqa təqdim olunacaq - büdvə noyabr ayına kimi qəbul edilməlidir.
 

Xatırladaq ki, gələn il üçün büdcə layihəsi bu il iyulun ortalarında Almaniya federal hökuməti tərəfindən təsdiqlənib. Ümumilikdə Almaniyanın federal büdcəsi 481 milyard avro təşkil edəcək.

İnci
Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO