Bakıda ingilis LAYİHƏSİ - Nərimanovdan BAŞLANILDI

Bakıda ingilis LAYİHƏSİ - Nərimanovdan BAŞLANILDI

Hazırda oxunan: Bakıda ingilis LAYİHƏSİ - Nərimanovdan BAŞLANILDI

26202

Paytaxt rayonlarında ingilis layihəsinin tətbiqi uğurla davam edir.

Bizim.Media-ya BAkı şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, üçüncü ildir ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı layihənin icrası uğurla həyata keçirilir.

Layihəyə Nərimanov rayonunda başlanılıb.

Burada layihənin tətbiqinin ilk günündə çeşidlənmiş tullantının həcmi bir gündə 4 ton, sonradan isə tədricən 6 və 8 ton olmuşdusa, Nəsimi rayonunda aprel ayının ilk günlərdən 12 ton çeşidlənmiş tullantı yığılaraq yığım məntəqəsinə təhvil verilib. Hazırda bu rəqəm gündəlik təqribən 20-25 ton arası təşkil edir.

Layihənin uğurla həyata keçirilməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına  və iqtisadi səmərə əldə olunmasına xidmət edəcəkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO