“Klinikadan zəng edib dedilər ki, ölüb, indi də deyirlər, sağdır...”

“Klinikadan zəng edib dedilər ki, ölüb, indi də deyirlər, sağdır...”

Hazırda oxunan: “Klinikadan zəng edib dedilər ki, ölüb, indi də deyirlər, sağdır...”

261995

Gəncədə bir neçə gün öncə avtomobillə vurulan və klinikaya yerləşdirilən 36 yaşlı Ayaz Məmmədovun meyitini ailə üzvləri tibb müəssisəsindən ala bilmir.

Bizim.Media xəbər verir ki, bu barədə “Qafqazinfo.az”a həmin şəxsin qaynı Elçin Böyükkişiyev məlumat verib.

Onun sözlərinə görə, A.Məmmədov 4 gün əvvəl yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb və “DNK Hospital”a yerləşdirilib.

Əvvəlcə tibb müəssisəsindən zəng olunaraq həmin şəxsin vəfat etdiyi bildirilsə də, sonradan onlara xəstənin ölmədiyi deyilib:

“Hadisə iyulun 25-i baş verib. Təxminən 4 min manat sığorta ödənişi edilib, 10 min manat da biz vermişik. Bizə günün birinci yarısında zəng gəlib ki, Ayaz Məmmədov ölüb, hazırlayırıq, gəlin aparın. Sonradan isə dedilər ki, ölməyib, sağdır. Yaxınları da Ayazın meyitini görüblər. Lakin buna baxmayaraq, xəstəxana ölümüzü vermir”.
 

Ayaz Məmmədovun yaxınları tibb müəssisəsinin qarşısına toplaşaraq yaranan vəziyyətə narazılıqlarını bildiriblər.


Qeyd edək ki, A. Məmmədov iyulun 24-ü yolu keçərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO