Hakimiyyət böhranı: Putin xalq arasına çıxdı

Hakimiyyət böhranı: Putin xalq arasına çıxdı

Hazırda oxunan: Hakimiyyət böhranı: Putin xalq arasına çıxdı

261961

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ilin oktyabrından bəri ilk dəfə olaraq ictimaiyyət arasına çıxıb. Bu cür hadisələr Rusiya hakimiyyətindəki böhran dövründən xəbər verir.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyadakı müxalif “Agentstvo.Novosti” layihəsində məqalə yayımlanıb.

Kremlə bağlı media orqanları Putinin 27 iyul bazar günü Sankt-Peterburqda limuzinindən enərək küçədə insanlarla görüşdüyünü əks etdirən görüntüləri yayıb.

Nəşr qeyd edir ki, son illərdə Putin yalnız hakimiyyətinə təhdid yaradan hadisələrdən sonra xalqla ünsiyyət qurur – buna misal olaraq Yevgeni Priqojin üsyanı göstərilir:

“Bu dəfə dövlət başçısı mərkəzi Rusiyanın şəhərlərinə PUA ilə hücumların artmasından sonra insanların qarşısına çıxdı. Təhlükəsizliklə bağlı problemlərə görə Sankt-Peterburqda keçirilməsi planlaşdırılan Hərbi Dəniz Qüvvələrinin paradı da ilk dəfə olaraq ləğv edildi. Ləğvə baxmayaraq, Putin yenə də şəhərə gəldi, dənizçilərdən hərbi salam aldı və parad zamanı olduğu kimi Neva çayında katerlə gəzişdi”.

Nəşr əlavə edir ki, Putin sonuncu dəfə ötən ilin oktyabrında Başqırdıstana səfəri zamanı ictimaiyyət arasına çıxmışdı. Ondan əvvəl isə sentyabrda Tıvada səfərdə olarkən xalqla ünsiyyət qurmuşdu.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO