ABŞ Prezidenti Donald Tramp Şotlandiyaya beşgünlük şəxsi səfərini davam etdirir.
Bizim.Media “Independent”ə istinadla xəbər verir ki, səfərin ikinci günü o, Turnberridə yerləşən özünə məxsus lüks golf kurortunda növbəti dəfə oyuna çıxıb.
Bu gün onun Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşəcəyi gözlənilir.
Görüşdə əsas diqqət ABŞ-Avropa İttifaqı ticarət əlaqələrinə yönələcək.
Bazar ertəsi isə ABŞ Prezidenti Böyük Britaniyanın Baş naziri Kir Starmerlə danışıqlar aparacaq.
Onların gündəliyində əsas məsələ yeni Britaniya-ABŞ ticarət sazişi və ABŞ-ın Britaniya poladına tətbiq etdiyi tariflərin azaldılması olacaq.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:05 / 27.07.2025
Tramp Şotlandiyada qolf oynadı
Hazırda oxunan: Tramp Şotlandiyada qolf oynadı
Hazırda oxunan: Tramp Şotlandiyada qolf oynadı
261922
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.