İsgəndər Xəlilov və ailəsi Azərbaycana gəlib

İsgəndər Xəlilov və ailəsi Azərbaycana gəlib

Hazırda oxunan: İsgəndər Xəlilov və ailəsi Azərbaycana gəlib

261872

“Rusiyanın neft məhsullarını daşıyan “Railgo” şirkətində axtarışların aparılması barədə məlumat doğrudur”.

Bizim.Media xəbər verir ki, bu barədə axar.az-a insidentlə bağlı ətraflı məlumatı olan mənbə bildirib.
 

Onun sözlərinə görə, İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilovun adına olan “Railgo”nun Lujniki ərazisindəki ofisinə xüsusi təyinatlılar və müstəntiqlər basqın ediblər, sənədlər müsadirə olunub və işçilərə təzyiq göstərilib.


Buna baxmayaraq, İsgəndər Xəlilov şəxsi əlaqələrindən istifadə edərək problemin müvəqqəti həllinə nail olub.

Mənbə bildirib ki, Xəlilovlar buna görə məlumatı təkzib etməyi məqsədəuyğun sayırlar.

Həmçinin vurğulanıb ki, İsgəndər Xəlilov və ailə üzvləri hazırda Azərbaycandadırlar, yalnız ailənin kiçiyi Rauf Xəlilov Moskvada qalıb.

Qeyd edək ki, “Mash” teleqram kanalı “Railgo” şirkətinə basqın edildiyi haqda məlumat yaymışdı. Rəhman Xəlilov isə mediaya açıqlamasında bunu təkzib etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO