Ailə üçün 10 ən yaxşı avtomobil

Ailə üçün 10 ən yaxşı avtomobil

Hazırda oxunan: Ailə üçün 10 ən yaxşı avtomobil

261851

Böyük Britaniyanın "AutoCar" nəşrinin ekspertləri ailələrin ehtiyaclarına ən yaxşı şəkildə uyğun gələn 10 avtomobil seçiblər.

Bizim.Media xəbər verir ki, seçim nəticəsində ən yaxşı ailə avtomobillərinin siyahısına "BMW 3 Series Touring" universalı başçılıq edir.

Bu avtomobili rəvan sürüş və idarəetmənin balansına görə tərifləyirlər. İkinci yerdə "Dacia Jogger" kompakt-veni qərarlaşıb. Modelin üstünlüklərinə optimal qiymət-keyfiyyət nisbəti daxildir.

Üçüncü yeri "Volkswagen Golf" tutur. Bu avtomobil kompakt ölçülərinə baxmayaraq, geniş salona malikdir.

2026-ci ilin ən yaxşı 10 ailə avtomobili sırasında "Land Rover Defender 110", "Skoda Kodiaq", "Skoda Octavia Estate", "Toyota Corolla Touring Sports", "Kia Sorrento", MG HS və "Peugeot 5008" də yer alıblar. (oxu.az)


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO