UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Hayduk" heyətini yeni oyunçu ilə gücləndirəcək.
Bizim.Media xəbər verir ki, Split təmsilçisi Ante Rebiçin keçidini həll etmək üzrədir. Bu barədə "Telesport" məlumat yayıb.
Artıq xorvatiyalı vingerlə razılıq əldə olunub. 31 yaşlı futbolçu ilə yaxın günlərdə müqavilə imzalanacaq.
Rebiç karyerası ərzində "Fiorentina", "Leypziq", "Verona", "Ayntraxt", "Milan", "Beşiktaş" və "Leççe"də çıxış edib.
Qeyd edək ki, "Zirə" Bakıda keçirilən ilk oyunda "Hayduk"la 1:1 hesablı heç-heçə edib.
Komandalar arasındakı cavab görüşü iyulun 31-də Xorvatiyada baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
17:57 / 26.07.2025
“Zirə”nin rəqibi məşhur futbolçu ilə ANLAŞDI
Hazırda oxunan: “Zirə”nin rəqibi məşhur futbolçu ilə ANLAŞDI
Hazırda oxunan: “Zirə”nin rəqibi məşhur futbolçu ilə ANLAŞDI
261788
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.