Yeni mövsümdə Azərbaycan Premyer Liqasında çıxış edəcək "Karvan" daha bir futbolçunun transferini açıqlayıb.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Vadim Abdullayevlə 1 illik müqavilə imzalanıb.
30 yaşlı yarımmüdafiəçinin son klubu "Araz-Naxçıvan" olub.
Qeyd edək ki, Yevlax təmsilçisi bu yay Elltun Turabov ("Turan Tovuz"), Süleyman Əhmədov (son klubu "Səbail"), Araz Abdullayev ("Qaradağ-Lökbatan"), David Oliveira Silva (son klubu “Zabbar”, Malta) ,Kyle Spence (Son klubu “Coleraine”, Şimali İrlandiya), Gavi Thompson (son klubu “Sportinq Lagos”, Nigeriya), Olavale Doeni ("Plato Yunayted", Nigeriya) və Elvin Yunuszadəni (son klubu "Qəbbələ") də sıralarına qatıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
16:07 / 26.07.2025
Karvan"dan bu yayın 9-cu TRANSFERİ
Hazırda oxunan: Karvan"dan bu yayın 9-cu TRANSFERİ
Hazırda oxunan: Karvan"dan bu yayın 9-cu TRANSFERİ
261774
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.