Yay fəslində yayılan ÖLDÜRÜCÜ VİRUS – Xəstələr niyə TEST olunmur?

Yay fəslində yayılan ÖLDÜRÜCÜ VİRUS – Xəstələr niyə TEST olunmur?

Hazırda oxunan: Yay fəslində yayılan ÖLDÜRÜCÜ VİRUS – Xəstələr niyə TEST olunmur?

261721

Son günlər insanlar arasında qripəbənzər xəstəlik yayılıb. Əsasən, qrip, boğaz və mədə-bağırsaq ağrısı ilə müşahidə edilən xəstəlikdən şikayətlənənlərin sayı çoxdur.
 

MÖVZU İLƏ BAĞLI 

Koronavirus geri DÖNÜR? – Son vəziyyətlə bağlı AÇIQLAMA


Bəziləri bunu koronavirusun hər hansı növü olduğunu da istisna etmirlər.

Bəs insanlar arasında yayılan xəstəlik nədir? Koronavirusa yoluxan varmı?

İnfeksionist Mərdan Əliyev Bizim.Media-ya bildirib ki, müraciət edənlərin koronavirus olub-olmadığını müayinə etməyə ehtiyac görmürük:

“Yüngül qızdırma və qripəbənzər əlamətlərlə müraciət edənlər var. Biz onların koronavirus olmasını yoxlamağa, müayinə etməyə ehtiyac görmürük. Çünki həm koronavirusda, həm də  digər kəskin respirator virus infeksiyalarında simptomatik müalicə aparılır.


Bunların hamısının müalicəsi eynidir. Bunlar hamısı eyni qrupa, yəni yuxarı tənəffüs yollarının infeksiyaları qrupuna aiddir. Ona görə də müayinəyə göndərmirik.

Yəqin ki, içərisində koronaviusa yoluxanlar da var”.

Həkim son bir həftədə bu simptomplarla müraciət edənlərin sayının azaldığını qeyd edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO